“İnsanın Özünüdərki” adlı kitab cəmiyyətin inkişaf prosesində insan faktorunun rolu və bu yolda uğurlu olmağın sirrləri açıqlanır. Uşaq və yeniyetmələrin psixologiyası bu kitabda xüsusi təhlil olunur.
Tədbirdə istirak edən qonaqlar öz ürək sözlərini bildiriblər. Asan Radionun rəhbəri Emin Musəvi, Xalq şairi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, ictimai xadim, hüquqşünas Hamısıahverdi Səfərov, psixologiya üzrə fəlsəfə doktoru Ramida Oqtayqızı, aktyor Elçin Məmiyev və başqaları müəllifin bu addımını təqdirəlayiq hesab edərək bu kitabın cəmiyyət üçün xüsusi faydalı olacağını vurğulayıblar.
Sonda Səidə İkigai təşəkkür edərək bu kitabı onun həyatında və inkişafında böyük rol oynayan atası ictimai xadim Fizuli Əlizadəyə həsr etdiyini və bunun da fonunda digər ailə üzvlərinə minnətdarlığını bildirdi.
Fəxriyyə Lilpar
“Vətənim-Azərbaycandır.az”