Dünyada istiqlalı, ərazi bütövlüyü uğrunda döyüşən xalqlara hər zaman hörmət olunur. Məqami gələndə elə millətlərin nümayəndələri öz keçmişləri ilə qürur duyurlar. Təbii ki, millət olaraq bizim keçmiş və çağdaş tariximizdə fəxarətlə qeyd ediləsi məqamlar az deyil. Tarixə nəzər salanda görərik ki, azərbaycanlılarda döyüşkənlik, mübarizə ruhu hər zaman olub.
Nəhayət Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ili ilə bağlı qısaca fikirlərimi bildirmək istərdim.
Biz hər zaman arzusunda olmuşuq ki, Ordumuz elitar, ən hörmətli, ən möhtəşəm sistem kimi formalaşsın. Azərbaycannın möhtəşəm tarixini Azərbaycan əsgəri yazsın. Bu gün şüküranlıqla qeyd edirik ki, Ordumuz bu missiyanı şərəflə yerinə yetirdi. Xeyirlə şərin mübarizəsində qalib gəldi. Azərbaycan əsgəri tək torpaqlarımızı düşməndan azad etmədi, həmçinin xarici diplomatların, məkrli qüvvələrin üzücü sülh nəğməsini dinləmək əzabından bizi xilas etdi. Eşq olsun Azərbaycan Ordusuna!
Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi, bütün hərbçilərimizi, bu müqəddəs yolda zəhməti olan hər kəsi təbrik edirəm!
Çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə, son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq və ehtiramla qəhrəmanlarımızı anırıq.
Əziz qaraşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı.
Əkrəm Bəydəmirli