Cabbarov Səxavət Agaşirin oğlu, Əliyeva Aybəniz Xalid qızı,Gözəlov Abbas Bayram oğlu , Məmmədova Tahirə Əyyub qızı və Sadatov Azadxan Sadatqulu oğlu tərəfindən Haqq-Ədalət Yolu təşkilatı yarandı.Haqq-Ədalət yolu təşkilatının yaranması üçün birinci iclas Ağdaş rayonunun Yuxarı Ləki kəndində keçirildi.İclasda yuxarıda adı çəkilən 5 təsisçinin səsverməsi ilə təşkilatın sədri və rəhbəri Cabbarov Səxavət Agaşirin oğlu seçildi.Həmçinin Gözəlov Abbas Bayram oğlu həmsədr,Sadatov Azadxan Sadatqulu oğlu sədrin müavini və Məmmədova Tahirə Əyyub qızı təşkilatın qadınlar şurasının sədri seçildi.Təşkilatın məram və məqsədi dövlətlə xalqın arasında körpü rolu oynayaraq xalqın problemlərini həll etmək və həmişə dövlətin yanında olmaqdır.Təşkilatımizin birinci iclasından sonra paytaxtımız Bakı şəhəridə daxil olmaq üzrə Goranboy, Bərdə , Tərtər və digər rayonlarda təşkilatımızın üzvləri ilə birlikdə görüşlər keçirilməyə başlanıb.Xeyirli və uğurlu olsun