İstedadlılar rubrikamın növbəti qonağı gözəl səsə malik olan , gənc müğənni Sevinc Şuşalıdır

İstedadlılar rubrikamın növbəti qonağı gözəl səsə malik olan , gənc müğənni Sevinc Şuşalıdır.
Sevinc Şuşalı kimdir, oxuculara özünü təqdim et.
-Sevinc Süleymanzadə Fuad qızı 15 avqust 2006 cı ildə Bakı şəhərində anadan olmuşam.
Əslən Şuşalıyam. Şuşa Bülbülcan adına musiqi məktəbində xanəndəlik üzrə 5 il təhsil almışam.
Hal-hazırda Hacı Zeynalabdin Tağıyev adına orta məktəbdə təhsil alıram.
Namiq Fərhadoğlunun Lider telekanalında yayımlanan Sənin ulduzun 13 layihəsində yeniyetmə gənc xanəndələr arasında l yeri qazanmışam .
Vüsalə Qələndərlinin Sizi Tanıyaq ,Tanıdaq İctimai Birliyinin ,həmçinin ,rəhbəri Cemalettin Özdemir hoca olan
Almaniyanın Nürnberq şəhərində yerləşən Türk Tarihi müzeyinin fəxri üzvüyəm.
Bundan başqa Sübhnur tədris mərkəzinin də üzvüyəm. Rejissor Bayram Eyyublunun Şəhidlərimizə həsr olunan sosial layihəsində iştirak etmişəm.
İndiyə qədər tədbirlərdə çıxışıma ,pandemiya dövrü online görüşlərdə mütəmadi olaraq fəal iştirakıma görə müxtəlif diplom və fəxri fərmanlarla təltif olunmuşam.

Bildiyim qədərilə yeni mahnıların var . Yeni mahnıların ərsəyə gəlməsində sənə kimlər dəstək olub ?
-Mənə ilk uğur gətirən mahnı Şuşanın dağları olub ,sonra Vətən oğlu mahnısı da ifamda çox sevilib. Özümə məxsus Vasif Teymurzadənin mənimçün təmənnasız yazdığı Ana mahnısı da dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb . . Onu da deyim ki hər zaman Tanridan  cox razı olmuşam.Sənət yolunda rastlaşdığım insanların təmənnasız dəstək olmaları məni daha məsuliyyətlə çalışmağa vadar edib.
Dəstək olan insanlardan Bayram Eyyublunu ,Namiq Fərhadoğlunu ,Zərifə Tapdığı,Nihan Ağdamlı ,Elşən Qarabağlını qeyd edə bilərəm
Adətən qızların müğənni olmaq istəyinə ailədə narazılıq yaranır.Sən də bu maneələrlə qarşılaşmısan?
-Bu barədə mənim bəxtim gətirib ya şansım açıq olub bilmirəm ailəm sənətə gəlməyimdə əksinə mənə çox dəstək olub.Hətta 10 yaşımda babam sənətə gəlməyimdə ən böyük dəstəkçim olub .Hər zaman ondan danışanda kövrəlirəm .Babamın ən böyük arzusu məni efirdə sevilən xanəndə kimi görmək idi.
Çox təəssüf edirəm ki babama uğurlarımı görmək qismət olmadı . Mən hər uğur qazandıqca onu xatırlayıram ,kaşki ,uöurlarımı babam görərdi deyirəm.
Babamdan sonra sənətdə nənəm mənim ən böyük dəstəkçim olub, həmçinin ,dayılarım, xalamın ailəsi də dəstəyini əsirgəməyib . Təbii ki uğurlarımda ən böyük əməyi olan ,zəhməti əziyyəti danılmaz , baxmayaraq ki, çox insanların iradları olsa belə, yorulmadan, usanmadan ,böyük əzm göstərərək hər zaman yanımda olan məni güclü tutan dəyərli varlığım anam olub .

Ailə dəstəyi olmasa qadağa qoyulsa Sevinc hansı peşə sahibi olardı?
-Əgər bu sahədə olmasaydım biznezlə məşğul olmaq istəyərdim.İstedadı olan və köməyə ehtiyaclı uşaqlara dəstək olardım
Sosial mediada mənfi rəy yazan olurmu cavabına necə reaksiya verirsiz?
Sosial şəbəkədə hələ indiyə kimi mənfi rəy yazanlara rast gəlməmişəm əksinə onların dəstəyi də məni daha da ruhlandırıb.
Muğam ifaçılardan kimləri dinləyirsən ?
-Korifey sənətkarlardan Şövkət Ələkbərovanı ,Rəşid Behbudovu,Arif Babayevi Mələkxanım Əyyubovanı , Gülyaz Gülyanaq Məmmədovaları ,Məmmədbağır Bağırzadəni çox dinləyirəm

Sevinc, ən böyük arzun nədir .Hansı səhnədə ifa etməyi arzu edirsən, yaxud ,hansı sənətkarlarla eyni səhnəni bölüşmək istəyirsən?
-Ən böyük arzum doğma yurdumda -Şuşada bu sənətdə öz sözünü demiş xanəndələrimizlə bərabər konsert verməkdi.O ki qaldı arzulara insan yaşadıqca arzuları artır ,çoxalır və yenilənir. Hər insan kimi mənim də arzularım çoxdur ,lakin ,qarşıma qoyduğum məqsədlərim varki onları sırayla həyata keçirmək istəyirəm. Bəlkə həyat mənə arzularımdan daha yaxşısını nəsib edəcək! Hal-hazırda Zərifə Tapdığın müəllif layihəsi olan Avaz müsabiqəsinə hazırlaşıram. Dəstək olan hər kəsə də burdan minnətdarlığımı bildirirəm.
Sevinc ,getdiyin doğru yolda sənə uğurlar arzulayıram ,səsin arzu etdiyin səhnələrdən gəlsin , səmimi cavablara görə təşəkkür edirəm.
– Mən sizə təşəkkür edirəm ,zaman ayırıb məni dinlədiyiniz üçün.

Dünyaxeber.org Leyla Mətin