Dünyaxeber.org verdiyi məlumata görə 16 İyun Sevastopol şəhər radiosunun “Qobustan” proqramının aparıcısı, tanınmış jurnalist Həbib Əliyevin 75 illik yubileyi keçirilib.
Tədbiri ön sözlə “Qadın dünyası ” İB-nin rəhbəri Kifayət Niftəliyeva açıb yubilyarın həyatından və Azərbaycan üçün gördüyü mühüm əhəmiyyətli işlərdən geniş və ətraflı danışıb. D. Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə cəmiyyətinin sədri Novella xanım səmimi təbriklərini çatdırıb, Tədbirdə Dünya Ana və Uşaqlar İB-nin sədri Dünyaxanım Əliyeva Həbib müəllimi öncə təbrik edib ,sonra Həbib müəllim haqqında kitablar yazılmalı olduğunu ,onun çox dəyərli vətəndaş olduğunu diqqətə çatdıraraq gənclərin tanıması üçün mərhələli şəkildə tədbirlərin təşkil olunacağının vacib olduğunu söyləyib. Daha sonra
“Jurnalistlər Ekstremal Şəraitdə” İB -nin rəhbəri Firuzə Bəyməmmədqızı da təbriklərini söyləyib .”Turan Türk Xalqlarının Mədəniyyətinin inkişafına Dəstək” İB-nin sədri Zərnişan Turan maraqlı çıxışı ilə tədbirə gözəllik qatıb. Həbib müəllimlə televiziyada ilk qarşılaşmasından və daim onunla olan verlişlərin nə qədər səs-küyə səbəb olmasından ,hətta Həbib müəllimin turançı fikirlərinə görə ona
ölkədən kənardan gələn təhdid və iradlardan da söhbət açıb . Milli Mənəvi Dəyərlərimiz verlişinin ideya müəllifi və aparıcısı -şair Aygün Hüseyn və
Əlizadə Tofiq də çıxışlarında Həbib Əliyevin Azərbaycan üçün ölkədən kənarda apardığı mübarizələri qeyd edib fədakar bir vətəndaş – jurnalist olduğunu qeyd edib. Sonda Dünya Ana və Uşaqlar İB-nin sədri,Dünyaxanım Əliyeva Türk Dunyasinin Əməkdaşliğı Kolisyasiyasinin Fəxri Diplomunu
yubilyara təqdim edib. Həbib Əliyevə ona verilən dəyəri yüksək qiymətləndirib.
Onu da qeyd edim ki , Həbib Əliyev 1996-cı ildə Bakının Xətai rayonunda müəllim işlədiyi zaman Ermənistanın Azərbaycana qarşı işğalçılıq planının reallaşdırılmasına , 1988-ci ildən etibarən xalqımızın başına gətirilən müsibətlərə, ərazilərimizin bir-birinin ardınca işğalı narahat etdiyi üçün ərizəsini yazıb işdən çıxıb və haqq səsini qaldırmaq,dünyaya duyurmaq üçün Krıma üz tutub. Azərbaycanın başına gətirilən müsibətləri dünyaya çatdırmaq yolunda ömrünü fəda edib.
Dünyaxeber.org Leyla Mətin