Dünyaxeber.org şimal-qərb bölgəsindən verilən məlumata görə,44 gün davam etməklə,Bizə Böyük Zəfər sevincini (29.09.2020-08.11.2020) II Vətən Müharibəsi zamanı Dövlətimizə,Mərd Xalqımıza,Müzəffər Ordumuza və bizim hər birimizə dərin fəxarət və qürurla yaşadan İgid, Fədakar, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Əsgər Hüseynov Elnur Ələşrəf oğlu ilə görüşüb söhbətləşdik.Çox səmimi alındı söhbətimiz.
Elnur Ələşrəf oğlu Hüseynov 1994-cü ilin dekabr ayının 6-da Qax rayonunda anadan olub.2000-ci ildə Qax şəhər D.Əliyeva adına 1 saylı orta məktəbin 1-ci sinfinə daxıl olub,2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb,2017-ci ilin iyul ayında həqiqi hərbi xidməti başa vurub.2020-ilin sentyabr ayının 29-da başlayan və 44 gün davam edən II Vətən Müharibəsində könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu,əsgər kimi 30 il ərzində işğal altında inləyən torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılıb.Əsgər Elnur Hüseynov Cəbrayıl,Qubadlı,Laçın rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə fədakarcasına iştirak edib.Noyabr ayının 1- də Laçın rayonunu Güləbird və Səfiyan kəndlərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə odlu silahdan açılan atəş nəticəsində sol ayağın yuxarı və aşağı nahiyələrindən ağır yaralanıb.
Elnur Ələşrəf oğlu Hüseynovun hərbi təltifləri:
1.”Hərbi xidmətlərə görə”,
2.”Cəbrayılın azad olunmasına görə”,
3.”Qubadlının azad olunmasına görə”,
4.”Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Dünyaxeber.org Solmaz Elqızı