Çünki torpağı şəhidlər qanlarıyla sulayaraq vətən edirlər. Məhərrəm də torpaq uğrunda şəhid oldu .Yoldaşının səhər evdən işə gedəndə arxasınca atdığı suyun da bir xeyiri olmadı. Son gedişi həm də son vidası oldu .Yoldaşı Məhərrəmin necə vətənpərvər olduğundan qürurla söz açır ,44günlük müharibədə şəhid olanlara həsəd aparırdı deyir . Kaş ki mən də şəhid olardım deyirdi. İndi o arzusuna yetdi amma yoldaşı ,övladları yarım arzularla yaşamağa məhkum oldular . Şəhidliyin uca məqam olduğunu da ,qürurlu olduğunu da qeyd edirəm.Yenə də cavan ömürlərin yarım qalmasına laqeyd yanaşa bilmirəm. Körpələrin gözündəki kədər qəlbimi paramparça edir.
Dünya ana və uşaqlar ic.birliyi və Dünyaxeber.org saytı olaraq hər zaman şəhid ailələrini ,qaziləri ziyarət edir mənəvi dəstək olmağa çalışırıq.
Şəhid Məhərrəm İbrahimovun birinci il dönümü yaşadığı evdə qeyd olundu. Məzarı ziyarət olunub üzərinə tər çiçəklər düzüldü .Şəhidin ruhuna dualar oxunub ,ehsan süfrəsi verildi.
İki körpə balasının kədərli gözləri hələ də ümidlə atasını gözləyir.Kiçik oğlu – atam tez-tez yuxumda yanıma gəlir, mənlə danışır ,oyun oynayır deyir. Mənim atam yaşayır mən bilirəm deyir .Atalar həmişə övladları qoruyur ,mənim atam da bizi həmişə qoruyacaq.
Bu sözlərin qarşısında qəhər məni boğsa da balaca Uğurla razılaşıram…
Xatırladım ki , 2021 -ci il İyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olmuşdu.
Hər birini ehtiram və hörmətlə anırıq.Ruhunuz şad olsun.
Dünyaxeber.org Leyla Mətin