Bakıda qadın polis bölməsinə aparılan sevgilisinə görə özünü yandırdı – YENİLƏNİB

Bakıda qadının özünü yandırması ilə bağlı bəzi məqamlar bilinib. 

İyunun 4-də gecə saatlarında Əsmər Xəlilova qeyri-rəsmi nikahda yaşadığı, əvvəllər məhkum olunmuş Vüsal Muxtarov ilə küçədə mübahisə ediblər.

Onlar asayişi pozduqları üçün polis əməkdaşları tərəfindən saxlanılıb və bölməyə gətirilib.

Bir müddət sonra polislər Əsmər Xəlilovanın küçədə üzərinə benzin tökərək yandırmasını görüb və müdaxilə ediblər.

Ə.Xəlilova 5 saylı Kliniki Xəstəxanasına çatdırılıb. O, bu gün səhər saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Vüsal Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və 8 sutka həbs olunub.

13:18

Bakıda qadın özünü yandırıb.

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

Ağdam rayon sakini, 28 yaşlı Əsmər Çingiz qızı Xəlilova üzərinə benzin tökərək özünə od vurub.

Dərhal xəstəxanaya yerləşdirilən Xəlilovanın həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Source link