Gənc Vətənpərvərlər İctimai Birliyi 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Uşaqları sevin,uşaqlar bizi nurlu gələcəyə aparan yoldur” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib.
Konfransı giriş sözü ilə acan M. Əliyev yeniyetmə idmançıları , uşaqları təbrik etmiş, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışmış və qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq mili strategiya kimi formalaşmaqdadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.
GVİB-n Sədr müavini T.Maxmudov demişdir ki, qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. 1950-ci ildə BMT-nin Baş Məclisi tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Gününün qeyd olunması qərara alınmışdır. Hazırda ölkəmizdə 2 milyon 500 mindən çox uşaq vardır. Respublikamızın sürətli iqtisadi inkişafı onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır.
Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları, sağlam ailə mühitində yaşamaları üçün mühüm sosial layihələr həyata keçirilir.
Sonra idman sahələrində və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər qazanmış uşaqlar mükafatlandırılmış, GVİB-n fəxri diplom və Sertifikatlarla təltif olunmuşlar.
Tədbirdə çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən və təbliğata böyük ehtiyac olduğunu bildirdilər .
Tədbirdə GVİB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, İdman Federasiyalarının məşqçiləri, idmançılar iştirak ediblər
GVİB -n KİV iş şöbəsi