Düşmən qarşısında məgrur dayanaraq haqq yolundan dönmədilər
“Oğullar doğular,Vətən dogulmaz.”
Vətənin birliyi ,müstəqilliyi və bütövlüyü ugrunda canlarını fada verərək bizləri yaşadan şəhidlərimizin ruhu qarşısında acizik. Düşmən qarşısında məgrur dayanaraq haqq yolundan dönmədilər.Onlar dövlətimizin inkişafı,gələcəyi ugrunda dünya arenasında zəfərə gedən əsl döyüş yolu göstətdilər.
Söz açmaq istədiyim Şəhid birinci Qarabag müharibəsində erməni separatçılarına qarşı qəhrəmanlıqla vuruşaraq Şəhid olmuş komandir Vaqif Quliyev haqqındadır.Müharibənin ilk günlərində Laçın ətrafında yerləşən hərbçilər,sonradan dağılmağa başlayıb və döyüş yoldaşlarından xəbəri olmayan Vaqif Kəlbəcərə kecərək ətrafına hərbçilər toplayıb.Orada əvvəlcə kəşfiyyat komandiri,sonra rota komandiri təyin olunub.Laçınla hec bir əlaqəsi olmadığı halda Kəlbəcərdən Laçın tərəfə keçib düşmənin çox hərbi sursatını məhv edib.Çoxlu erməni təcavüzkarlarını öldürüb.Gecə ilə 30 km yol gedərək Laçın şəhərinə daxil olub və bizim bayragımızı hamının gördüyü yerə sancıb.Şok halına düşən düşmənlər, bu hadisənin biz tərəfdən olduguna inanmayıblar.Öz aralarında xain oldugu qənaətinə gəliblər.Erməni təcavüzkarları bizim cəngavər döyüşçülərimizin nəyə qadir oldugunu görüb heyrətə gəlirdilər.Ələlxüsüs əlbəyaxa döyüşlərdə. Erməni agır texnikasının qarşısında avtomat və qumbaraatanlardan istifadə edən rota düşməni geriyə oturda bilirdi.Axırıncı döyüş Ağdərədə olmuşdu,orda 3 gun qalmışlar.Vaqifə həmin yerin hərbi komisarlığında rəis vəzifəsini təklif etmişdilər.Lakin, Vaqif özünü döyüşdə görürdü.O,yenə döyüşə atılır,yaralı dostlarına yardım edərək vuruşurdu.Həmişə öndə gedər,hərbçiləri qoruyardı.Vaqif bir məktəb binasında beş nəfər erməni teroristləri ilə tək başına vuruşub,50 kəndin müdafiəsinə qalxıb.Çox xoş üzlü, hərbçilərə ürək-dirək verən bir komandir idi.Güllələr susanda Vaqifin avazı gələrmiş
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı daşdı,
Ala gözlü,qələm qaşlı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Sarı köynək,Aman yarım və i.a xalq mahnıları bir müddət hərbçilərin əhvallarını yüngülləşdirirdi.
1992-ci il sentyabırın 2-si döyüş zamanı səkkiz güllə almış,Rəhman adlı döyüşçünü xilas edırərək şəhid olmuşdur.
Canlarından kecən,bir damla qanlarını belə əsirgəməyən Şəhidlərimizi daim yad etməliyik.Tədbirlər,nəşr olunmuş yazılarla,mahnılarla onları yaşatmaq,tanıtmaq bizim vətəndaşlıq borcumuzdur.Məhz, bu minvalla şəhidin ad günü 28 mayda tədbir keçirildi.”Oğullar doğular,Vətən doğulmaz”tədbirinin təşkilatçıları: “Erməni təcvüzünün tanıdılması” İ.B sədri Səriyyə Müslümqızı,”Dünya ana və uşaq”İ.B sədri Dünyaxanım Əliyevadır.Tədbirdə Vaqif Quliyevin həyat yoldaş Xeyranisə xanım,Şəhidin oğlu Beyrək,QHT işçiləri,komutanlar,valideyinlər,məktəb uşaqları iştirak etdilər.
Tədbir Azərbaycanın himni ilə açıldı,sonra Şəhidlər yad edildi.Daha sonra Vaqifin uşaqlıqdan sona qədər keçdiyi həyat yolunun video-carxı nümaiş etdirildi.Çıxış edənlər Vaqifin şücaətindən danışdılar.Xətai rayonunun Şəhid Asəf Ağayev adına 25 saylı məktəbinin 5-ci sinif şagirdləri əllərində bayraq, maraqlı kompozisiya göstərdilər.Tədbirdə mübariz ruhlu mahnı səsləndi.Uşaqların çıxışını təşkil edən sinif rəhbəri Fatimə xanımın dəyəri təqdirə layiqdir. Daha sonra Şəhidin oglunun çiyinlərinə Azərbaycan, Türkiyə bayraqların örtdülər.
.Şəhidlərimiz dünya tarixinə igidlik dastanı yazdı.Bayraq üçün,millət üçün ,torpaqlarımız üçün.Bu gün Azərbaycanın hər guşəsində minlərlə Şəhid yatır.
Vaqifin yoldaşının dediyinə görə Ağdərədə Vaqif əyilib torpağı öpərək deyib: Azad ol, Ana torpağım! Rahat yatın,ruhunuz şad olsun.Artıq torpaqlar azad olundu.Prezidentin qətiyyətli mövqeyi sayəsində Ali Baş Komandanımızın və şücaətli əsgərlərimiz şəlalələri,turacları,nəgmə oxuyan quşları,çinar meşələri bizə qaytardı
Yazımı Əziz Sultanın seri ilə bitirirəm.
Çırpınan ürəyim dayanmadıqca,
Bu bayraq yüksəkdən heç,enməyəcək.
Ruhum ay-ulduzdan qidalandıqca,
Azadlıq məşəlim heç sönməyəcək.
Şəhidlərimizə allah rəhmət eləsin!
“Ailələlərə Dayaq Xeyriyyə” İctimai Birliyinin Sədri: