Tarixdə hər bir insan qala bilmir. Amma tarixi qanıyla yazanlar, daima urəklərdə yaşayır, yaşayıb və yaşayacaq. Bu dağ cüssəli oğul, Laçında döğulmuşdu. Dağlarında, gül qoğulu çəmənlərində, böyümüşdü. Laçında çox kənd var. Amma onun doğulduğu İpək kəndini, Vaqif müəllimin kəndi kimi tanıyırlar. İpək kəndinə çoxları elə “Vaqif müəllimin kəndi” də -deyirlər. Bu adı hər kəs qazana bilmir. Amma sən qazandın!. Böyük kişilər 1918 -ci il may ayının 28-ində ilk dəfə Müstəqil Azərbaycan Respublikası yaratdılar, yaşatdılar. Ta Şura hökuməti gələnə qədər… Bir yaz günündə müstəqilliyimizin neçə illər bundan öncə yarandığı, bir gündə sən dünyaya gəlmişdin. Bu gündə döğulanlar məhz belə olmalıydılar. Müstəqil Azərbaycanın bir parçasını Qarabağı əlimizdən almaq istəyənlərlə, mərdanə döyüşdün! Döyüş yoldaşların Ərşad, Rəhman, Nuru, Məhəmməd 50 -dən çox kəndi erməni quldurlarından təmizlədiyinizi- söyləyirlər. Hocaz yüksəkliyi də böyük zəfərlərinizdən biri olub. Belə faktları çox sadalamaq olar… 1992-ci il sentyabrın 2-si Ağdərənin Vəng istiqamətdə gedən döyüşdə qanınla bir tarix yazdın! Qəhrəmanlıq tarixi. Ruhun şad, məkanın cənnət olsun şəhidim! Yaşasaydın 65 illik yubileyini qeyd edəcəydik!. Amma Ulu Tanrı sənə səhidlik zirvəsi yazmışdı. Tarix yazan qəhrəmanımıza, may ayının 28-də saat 2-nin yarısında Azərbaycan Respublikası Veteranlar Təşkilatında ” Oğullar döğular Vətən doğulmaz” adlı tədbir keçiriləcəkdir. Tədbirin təşkilatçıları Erməni təcavüzünün tanıdılması İB-nin sədri Səriyyə Müslümqızı, Dünya ana və uşaqlar İB-nin sədri Dünyaxanım Əliyevadır. Ünvan AZ1007 Bakı şəhəri Koveroskin küç 34 Hərbi prokurorluğun arxası. Bu tədbirdə Şəhidimizin ailə üzvüləri, tələvə yoldaşları, döyüşçüləri hərbi qulluqçular jurnalistlər, QHTsədrləri bir sözlə Vaqif severlər iştirak edəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.