Mingəçevirdə batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub


Mingəçevirdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub.