Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı qapılarını tamaşaçılara taybatay açdı

Nəhayət uzun müddətli qapanmadan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı qapılarını tamaşaçılara taybatay açdı.M.Füzulinin Leyli Məcnun poemasının motivləri əsasında Üzeyir Hacıbəylinin iki pərdədən ibarət Leyli və Məcnun librettosu tamaşaya qoyuldu.
Qurluşçu rejissoru Hafiz Quliyev olan tamaşanın baş rollarından Leyli obrazını gənc xanəndə Rəvanə Əmiraslanova ,Məcnun obrazını əməkdar artist- İlkin Əhmədov ,İbn-Sina obrazını əməkdar artist- Təyyar Bayramov məharətlə canlandırdı.
Tamaşaçılar arasında hər dövrün yaş nümayəndəsini görmək olardı.Milli mənəvi dəyərləri özündə cəmləşdirən ,mədəniyyətin qaynağı olan teatr zallarına gənclərin axını doğrusu məni çox sevindirdi.Daha bir sevindirici hal isə odur ki tamaşa bitənədək heç kəs zalı tərk etmədi. Tamaşa izləyicilərin ayaqüstə izdihamlı alqışları ilə bitdi. Dəfələrlə izləməyimə baxmayaraq yenə də böyük zövqlə izlədim. Foeyədə kiçik qızın ağlayaraq Leyli obrazına sarılmağı məni çox təsirləndirdi. Kiçik qəlbinə sığdırdığı mərhəmət bəlkə də tamaşadakı məzmunu anlamadan qəhrəmanların ölümünə kövrəldən duyğu idi. Dünyanı xilas edən gözəllik və sevgi iki sevəni kədərli sonluqla əbədiyyətə qovuşdurdu . Öldürən hisslər deyil, yaşadan hisslərə sahib olmaq arzusuyla…
Leyla Mətin Dünyaxeber.org