Kırşəhər Əsnaf və Sənətkarlar Odaları Birliyi və Kırşəhər Şəhər Şurası Şairlər və Ozanlar Çalışma Qrubunun birgə hazırladığı “İkinci beynəlxalq “Ahi Baba” sevgi və qardaşlıq şeir programı”nda azərbaycanlı tanınmış yazıçı və şairə Könül Ordubadi də iştirak edib. Proqram çərçivəsində əvvəlcə Mustafa Karagüllünün Kumbətaltındakı məzarı ziyarət edilib. Qonaqpərvərliyi ilə seçilən, saza-sözə dəyər verən Kırşəhər sakinləri tədbirə böyük maraq göstəriblər. Hər zaman təvazükarlığı ilə seçilən vilayətin rəsmi şəxsləri – Kırşəhər vali yardımcısı İsmail Çetinkaya, Bələdiyyə başkanı Selahattin Ekicioğlu, Mədəniyyət və Turizm Müdürü Halil Çalışır, Müdür Yardımcısı Eyüp Temur, Evrən qaymakamı Murat Akyüz, Əmlak müfəttişi Müzəffər Öztürk, Evrən Bələdiyyə başkanı Hüsməttin Ünsal, başkan yardımcısı Salih Topçuoğlu, həmçinin sosial, iqtisadi və humanitar sahələri əhatə edən qeyri-hökumət təşkilatlarının rəhbərləri proqramı izləyiblər. “Ahi Baba” ləqəbli Mustafa Karagüllünün xanımı İsmət Sevinç Karagüllü də izləyicilər arasında yer alıb. Tədbirdə Türkiyənin bir-birindən dəyərli yazıçı və şairləri, həmçinin müxtəlif xarici ölkələrdən dəvət edilən tanınmış şairlər öz şeirlərini səsləndiriblər. Kırşəhərdən İbrahim Düğer, Zübeyde Gökbulut, Nevşəhərdən Ayşe Paslanmaz, Gümüşhanədən Talat Ülker, Denizlidən Şerif Kutludağ, Mersindən Faruk Gökbulut, Kastamonu’dan Hacer Alioğlu, Azerbaycandan Könül Ordubadi, Kütahyadan Züleyha Özbay Bilgiç, Çorumdan Leyla Yıldırım, Aksaray’dan Mehmet Çil, Adanadan Münevver Düver, Tokattan Semra Meral, Kırşəhərdən Canan Köksal, Somalidən Soadha İbrahim, Esam Muhammed Hossan Nor və Türk Xalq Musiqi sənətcisi Ümit Yaşar Apaydın qatıldı. Bu anlamlı proğramın aparıcısı Rıfat Çakır hər zamankı kimi sevgi coşqu dolu dinləyicilərin könlünü fəth etdi. Azərbaycanlı şairə Könül Ordubadi çıxışında əvvəlcə Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığından, bütün sahələrdə, o cümlədən mədəniyyət və ədəbiyyat sahələrində sıx əməkdaşlıq əlaqələrindən bəhs edib. Bildirib ki, Azərbaycanın və Türkiyənin ədəbi mühiti daim qarşılıqlı olaraq bir-birinin inkişafına müsbət mənada öz təsirini göstərib, bu gün də həmin tarixi proses uğurla davam edir. Vurğulayıb ki, hər iki ölkənin yaradıcı insanlarının ərsəyə gətirdikləri əsərlərdə bu, özünü daha qabarıq şəkildə göstərir. Könül Ordubadı çıxışında Yunus Əmrəyə yazdığı,, Aşqın qapısını bağlaram, Yunus “ adlı şeirini səsləndirib. Bütün şairlərin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Şairə çıxışının sonunda bu gözəl proqrama dəvət aldığı üçün Kırşəhər Əsnaf və Sənətkarlar Odalar Birliyi Başkanı Bahaməttin Öztürk bəyə, Kırşəhər Şəhər Şurası Şairlər və Ozanlar Çalışma Qrubnun başkanı Zübeydə Gökbulut hanıma və başkan yardımcısı İbrahim Düğer bəyə, Odlar Yurdu Azərbaycanımız adından çox çox təşəkkür edib.