O illərə boylandım. Kimlər gəldi kimlər köçdü bu dünyadan. Köçdümü? Bu köçənlərin arasında çinar boylu bir gənc vardı. Elə gənc yaşındaca Qarabağ müharibəsi başlayanda dərs dediyi məktəbdəncə cəbhəyə yollandı. Vaqif Rzaqulu oğlu Quliyev Xankəndindəki Pedaqoji İnstutunun tarix fakultəsini bitirib Doğulduğu Laçın rayonun İpək kəndində müəllim işləyirdi. Şagirdlərə tarix dərsi deyirdi. Səhərlər işə tələsir axşamlar evinə dönürdü. Nə xoşbəxt günlər idi. İllərlə həsrətində olduğu körpəsi də dünyaya gəlmişdi. Adını da Beyrək qomuş,” talehini Hamısıah versin” -demişdi. Lakin Qarabag müharibəsi hər şeyi-alt üst etdi.” Beyrək kimi oğulları analar yenə döğar, amma Vətən doğulmaz”- deyərək məktəbdəncə məvacibini belə almadan, cəbhəyə yollanmış Kəlbəcərdə, Laçında döyüşərək qəhrəmanlıq göstərmişdi. 1992-ci il sentyabrın 11- də son döyüşü olmuş, şəhidlik zirvəsinə yüksəlmişdi. Vaqif Quliyev hərbi xidmətini Monqolustanda başlamış, Əfqanıstanda bitmiş, Vətənə topçu, tankçı kimi dönmüşdü. Yaşasaydı 65 yaçı olacaqdı!. Düz 65 il bundan öncə bir müstəqillik günündə doğulmuşdu Vaqif.! Doğum günündə yəni 28 may saat 13-30-da Azərbaycan Respublikası Veteranlar Təşkilatında şəhidimizin anım günü keçiriləcək. Vətən sevdalı, igidimizin anım günündə Vaqif sevərləri görmək, ümüdü ilə sizləri gözləyirik!