Ekoloji Maarifçilik və Monitoriq İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”İşğaldan azad olunmuş regionlarda ekoloji terrorun ictimailəşdirilməsi” layihəsininin ictimai müzakirəsini yekun tədbirini keçirdi.
Tədbirdə dövlət rəsmiləri və QHT rəhbərləri, mədəniyyət işçiləri, elm adamları, media işçiləri, internet- TV kanalları, ictimayət nümayəndələri və gənclər iştirak edirdilər. Tədbiri giriş sözü ilə təşkilatın sədri Qəmzə Yusubova açaraq tədbir iştirakçılarını salamladı və layihənin mahiyyətini tədbir iştirakçılarına açıqladı. Sonra isə sözü layihə çərçivəsində hazırlanmış layihənin mahiyyətini özündə əks etdirən tarixi materiallardan və foto şəkillərdən ibarət broşurun təqdimatı üçün sözü layihə rəhbəri Fikrət Çələbiyevə verdi. Sonra söz rəsmi qonaqlara verildi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə olunması departamentinin əməkdaşı Natiq Lahıcov, Ombudsman Aparatının əməkdaşı Mikayıl Bayramov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin Qarabağ sektorunun Baş məsləhətçisi Murad Şahverdiyev, Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi Polkovnik Mehman Qədiməliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dossenti Mələk Zamanova çıxış edərək 30 ilə yaxın işğal müddətində və 44 günlük müüharibə dövründə mənfur ermənilərin Azərbaycanın mədəniyyətinə tarixinə xüsusilə də təbiətinə qarşı törətdikləri vadalizm və terror aktları barədə tədbir iştirakçılarına söhbət açdılar. Daha sonra isə söz ”Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayevaya və ” Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin icraçı direktoru Fərid Zülfüqarova verildi.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdi. QHT rəhbərləri Aynur Zülfüqarova, Ramil Əliyev, Güllü Alıyeva, Gülşən Behbud, Xətai Ələsgərli, Xatirə Fərəcli, Umud Amin, Şahin Qədirov, Rada Abbas, Büllur Məmmədova, Fəridə Hicran, Jalə Cəfərova, Bahar Məmmədova,Rəftar Nuriyev və ictimayət nümayəndələri mövzu ilə bağlı fikir və təkliflərini səsləndirdilər.