Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti “İ.B.nin “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi “layihəsi əsasında Xəzər Rayon Gənclər Evində şəhid ,qazi,aztəminatlı ailələrlə 26.04.2022 ci ildə görüşü keçirildi.Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.30 ilə yaxın işğal altında olan torpaqlarımızın nəhayət ,44 gün ərzində Azərbaycan Ordusunun əks- hücumu nəticəsində azad olunmuş Qarabağ torpaqlarından,orada aparılan bərpa -quruculuq işlərindən,xalqın birliyi və Ali Baş Komandan Möhtərəm Prezident İlham Əliyevin ətrafında bir “Yumruq ” kimi birləşməsindən məlumat verildi. Sosioloq,psixoloq,həkim və hüquqşünasın ümumi izahatlarından sonra,ayrı-ayrı verilən suallar cavablandırıldı.Ehtiyacı olanları tək -tək qəbul edib,psixoloji söhbətlər aparıb,hüquqi və həkim məsləhətləri verildi. Əsasən suallar şəhidlərə veriləcək evlərlə ,qazilərin əlillik dərəcəsi almaqda çətinlik çəkdikləri ilə bağlı oldu.Məsələlərin ardıcıllıqla həll ediləcəyi bildirildi.7 ci sinif şağirdi Əhməd Gülaliyevin şəhidlərimizi öz gözləri ilə təsəvvür edib, çəkdiyi rəsm əsərləri ilə bəzədilmiş foyedə maraqlı görüş oldu.Analar öz övladlarının rəsmləri qarşısında iştirakçılarla şəkillər çəkdirdilər,xatirələri ilə bölüşdülər.Sonda Günay xanımın təşəbbüsü ilə hazırlanmış “Milla “Şirkətinin Ramazan sovqatları 40 ailəyə paylandı. Tədbirin keçirilməsinə şərait yaratdıqları üçün Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.Gözəl bir məkanda keçirtdiyimiz tədbirə dəstək verdiklərinə görə Gənclər evinin direktoru İnara Eyyubovaya,əməkdaşı Nofəl Abbasquliyevə, əməyi keçən könüllülərə təşəkkürlərimizi çatdırırıq.Təşkilatın Xəzər Rayon Şöbəsinin sədri həkim Günay Məmmədbəyliyə, təşkilatın sədr müavini ,psixoloq ,ju rnalist Vəfa Abbasovaya,hüquqşünas Ağamirzə Bağırova və digər zəhməti keçən insanlara təşəkkür edirik.Layihəmizi bəyənib,təsdiq etdiklərinə görə Agentliyin rəhbərliyinə və bütün kollektivinə minnətdarlığımızı bildiririk.
“AQRC”İ.B.sədri Bahar Qasımova