“Məktəblərdə şagirdlərin bullinqə məruz qalmalarına qarşı pilot layihə icra olunacaq”.
APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bununla bağlı bir neçə min müəllimin təlim prosesi bitib.
“Təlimat formalarımız artıq hazırdır. Bunun tətbiqi ilə bağlı ən böyük problemimiz pandemiya idi. Çünki məktəblər bağlanıb-açılırdı və arada fasilə yaranırdı. Növbəti ildən biz bir neçə məktəbdə pilot qaydada bunun tətbiqini planlaşdırırıq”.