Tədbiri giriş sözü ilə açan “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin sədri, Vətən Müharibəsinin Balaca Şahidləri layihəsinin rəhbəri Aydın Zeynalov içtirakçıları salamladıqdan sonra Bərdə rayonundan müsabiqiyə qatılan şagirdlərin arasından yer tutan qalibləri elan etdi. Layihə çərçivəsində nəşr olunan kitabı və saytı iştirakçılara təqdim etdi.
Xatırladaq ki, “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin həyata keçirdiyi Vətən Müharibəsinin Balaca Şahidləri layihəsi Bərdə, Ağdam, Tərtər rayonları və Gəncə şəhərindən olan orta məktəblərin 10 və 11 –ci sinif şagirdləri arasında keçrilib.
Müsabiqənin qaydalıarına görə Bərdə, Ağdam, Tərtər rayonları və Gəncə şəhərindən 4 nəfər birinci yerə, səkkiz nəfər ikinci yerə on iki nəfər üçüncü yerə layiq görülüb. Növbəti tədbirlər Ağdam, Tərtər rayonları və Gəncə şəhərində keçriləcəkdir.