Ermənilər Laçında aksiya keçirib

Qondarma erməni “soyqırımı”nın “107-ci ildönümü” ərəfəsində Azərbaycan Respublikası Laçın rayonunun ermənilərin 30 ilə yaxındır qanunsuz məskunlaşdığı Zabux kəndində də üzdəniraq “məşəl yürüşü” keçirilib. 

Xankəndindəki erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda  “Aqavno” adlandırılmış kənddəki qanunsuz  “bələdiyyə”nin “Facebook” səhifəsində paylaşım edilib.

Hazırda Rusiyanın “sülhməramlı” hərbi kontingentinin himayəsində bəslənən erməni yaşlı və uşaqları əllərində “türkləşməyə yox!”, “yadda saxlayırıq və tələb edirik!” və digər  bədnam şüarlar olan plakatlar tutub.

Məlumatda  Laçın rayonu həyasızcasına “Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Kaşataq rayonu”  ərazisi kimi təqdim edilib.    /Moderator.az/