Azərbaycan Respublikasının QHT-Lərə Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Muğan Düzü” Sosial İnkişaf İctimai birliyi tərəfindən həyata keçirilən”Aran bölgəsində əhalinin sosial problemlərinin həlli istiqamətində sosial-iqtisad islahatların həyata keçirilməsi ilə əlaqədar manelərin aradan qaldırılması və maarifləndirmə” Layihəsi çərçivəsində 21, 22 -Aprel 2022 ci il tarixlərdə tədbir Sabirabad şəhər Bayrağ Muzeyində keçirildi.
Tədbitdə Sabirabad rayonun İcra Hakimiyyətinin 1-ci müavini Həsən müəllim, İcta hakimiyyətinin müavini Ceyran Xanım, Muğan Düzü SİİB-in Sədri Vidadi Quliyev, layihə Rəhbəri,Ekspert Rayon QHT rəhbərləri, Sahibkarlar, əmək sahələrində çalışan İşçilər yığışaraq tədbir keçirildi.
Tədbirdə rayon adınan Sözü açan Sabirabad rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən müəllim Tədbir iştirakçılarılı ilə birlikdə Vətənmiz uğrunda Qarabağ müharibəsində şəhid olan Azərbaycanın şəhidlərini və Sabirabad rayon şəhidlərini 1-dəqiqə sükütla yad etdilər.
Həsən müəllim rayon haqqında məlumat verərək tədbir iştirakçılarını Salamladı.
Sonra Təşkilatın sədri Vidadi Quliyev , layihə rəhbəri sözü açaraq layihə haqqında məlumat verdilər. Ekspertlər, könüllülər danışaraq layihənin səmərəli və düzgün təşkil edilməsi,işəgötürənlər, məlumatsız işçilər, iaşə işlərində çalışan işçilər və.s onların gələcəkdə Sosial problemlərlə üzləşmələri ilə əlaqədar ( əmək pensiyası, sosial sığorta, tibbi sığorta) və.s imtiyazlardan yararlanmaq üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməməsinin yaratdığı fəsadlar və məsuliyyət barədə məlumatlandırma” haqqında seminarlar keçirildi.Seminarlar keçirlərək rayon Sahibkarları, iaşə işçiləri, məlumatsız işçilər maarifləndirildi. Tədbir iştirakçıları həmin layihənin faydalı və davamlı olması ilə bağlı fikirlərin bildirərək bəyəndilər. Tədbirə Dəstəy verən Dövlətmizə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minətdarlıqlarını bildirdilər.