Azərbaycan Respublikası Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti “İ.B.”Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi “layihəsinə əsasən Agcabədi rayon C.Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində görüş keçirildi.Şəhidin adını daşıyan bu məktəbdə təqdirəlayiq ənənə ilə rastlaşdıq.2020 ci il 2 ci Vətən müharibəsində şəhid olmuş məktəbin məzunları Vüsal Şükürovun adı 1 ci sinfə, şəhid Murad Əsədovun adı isə 3 cü sinfə verilmişdi. Hər 2 sinif şagirdlərinin şəhidlər haqqında bildiklərini,şeirlərini,söhbətlərini dinlədikdə anaları ilə birgə bizim də gözlərimiz yaşardı və gələcəyimiz olan məktəblilərlə qürur duyduq.Tədbir uşaqların ifası ilə səslənən Azərbaycan himni ilə başladı.Məktəbin direktoru Şövkət Səfərova qonaqları təqdim etfikdən sonra, layihə haqqında məlumat verildi və psixoloq,sosioloq,hüquqşünas şəhid analarının,qazilərin, müharibədən əziyyət çəkən insanların təklif və şikayətlərini həm iclasda,həm də fərdi şəkildə dinlədilər.Ən çox müraciətlər sosial problemlərlə yanaşı,sənədləşmə proseslərinin düzgün aparılmaması və ya yubandırılması,ailə problemləri ilə bağıı söylənildi.Qeydlər aparıldı ,aidiyyatı üzrə müxtəlif qurumlara müraciətlər göndərildi.Məsələlər nəzarətdə saxlanılıb.Tədbirdən sonra şəhid ailələrini evlərində ziyarət edib,onların həyat hekayələrini dinlədik və hər evdə yaradılan muzeylə tanış olduq.Müqəddəs Ramazan ayında şəxsi vəsaitimiz hesabına iftar süfrəsi üçün sovqatlar təqdim etdik.Yüksək səviyyədə keçirilən tədbirə görə məktəbin direktoru Şövkət Səfərova Təşkilatın “Təşəkkürnamə”si ilə təltif edildi.Sinif müəllimlərinə və şagirdlərə təşəkkür edildi. Hamısıah bütün şəhidlərimizə rəhmət eləsin.Layihəmizi dəstəklədiklərinə görə Agentliyin Rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk.
“AQRC”İ.B.sədri Bahar Qasımova