Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin, Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Oxu.Az-ın məlumatına görə, konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görən Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub.
Beynəlxalq konfransda Azərbaycanın ali təhsil müəssisələri və elmi təşkilatlarının, Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya, Qazaxıstanın nüfuzlu alimləri iştirak ediblər.