Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində “Bəşəriyyəti təhlükəli bəladan qoruyaq” mövzusunda konfrans keçirilib. Tədbirdə əvvəlcə mövzuya həsr olunmuş video-çarx nümayiş etdirilib. Konfransda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev narkomaniyanın bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu bildirib. Onun sözlərinə görə, statistikaya əsasən dünyada 270 milyon narkoman var. Təşkilat sədri ölkəmizdə hazırda 34 min 602 nəfər narkotik istifadəçisinin qeydiyyatda olduğunu söyləyib. M.Nağıyev gənclərin bu bəladan uzaq olması üçün maarifləndirmə işinin gücləndirilməsinin zəruri olduğunu deyib. Layihənin rəhbəri Müqamət Əliyev narkotik vasitələrin dövrüyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair dövlət səviyyəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildirib. Konfransda daha sonra Səbail rayon polis idarəsinin əməkdaşı E.Bağırzadə, “Öndər TV” internet televiziyasının təsisçisi R.Əliyev və digərləri çıxış edərək narkomaniyaya qarşı mübarizənin önəmindən danışıblar. Tədbirin sonunda Narkomaniya və QİÇS-ə bağlı vidio carh nümayiş etdirildi . layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək və sertifikatlar paylanılıb Tədbir diskusiya şəkilində davam etdirildi verilən suallar cavablandırıldı. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəyardımı i ilə həyata keçirilir.