Yüksək vəzifə verilən məşhur müğənni görün kimdir – FOTO

İndoneziyada təşkil olunacaq G-20 zirvəsinin sözçüsü tanınmış müğənni Ayunda Faza Maudya olub.

Dunyaxeber.org metbuat.az-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Lakin 27 yaşlı müğənninin sözçü təyin olunması ölkədə birmənalı qarşılanmayıb. Onun diplomatik təcrübəsinin olmadığı qeyd olunub. Xarici KİV-lərin məlumatına görə, Ukraynada müharibənin davam etdiyi bir vaxtda rəsmilər G20 zirvəsini diqqətçəkən etmək üçün belə həmlə edib.

Yüksək vəzifə verilən məşhur müğənni görün kimdir - FOTO