Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçisi minaya düşdü – RƏSMİ

Kəlbəcər rayonunda Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün rayonun Ağcakənd kəndində qeydə alınıb.

Müddətdən artıq hərbi xidmət qulluqçusu Ayxan Camalzadə minaya düşüb.

O, hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a fakt təsdiqlənib.

Bildirilib ki, faktla bağlı hazırda Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu maddəsi ilə cinayət işi başlanılıb.