“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Gəncə Memorial Kompleksinə səfər edib

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, QHT Dövlət Dəstəyi Agentliyi xətti ilə Gəncə Memorial Kompleksinə səfər etdi.
Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi , “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Jest dilində Vətən və vətənpərvərlik” vətən müharibəsi iştirakçılarının tanıdılması və  vətənpərvərlik”  mövzusunda tədbirlərin təşkili layihəsi çərçivəsində  16 aprel 2022 ci il tarixində Gəncə Memorial Kompleksinə ziyarəti təşkil edildi..
Bu barədə layihə rəhbəri Cəmilə Abdulova xəbər verir. Onun sözlərinə görə,  ziyarətin əsas məqsədi eşitmə məhdudiyyətli gənclərimizə erməni vandallarının törətdikləri vəhşilikləri nəticəsində yaranan mənzərəni gözlə görmək. Burda həlak olan vətandaşlarımızı anmaq, xatirəsini uca tutmaq. Vətən müharibəsi iştirakçıları ilə görüş keçirməklə , gənclərimizə 44 gün vətən müharibəsində qəhrəmanlığa gedən yollarımızdan danışmaqla, vətənpərvərlik ruhunun aşılanmasıdır.
 Hər bir gəncə və yetişməkdə olan gənc nəsilə ölkəmizdə baş verən hadisələr düzgün çatdırılmalıdır. Prezidentimiz İlham Əliyevin yürütdüyü düzgün siyasət, güclü ordumuz sayəsində 44 günlük vətən müharibəsində biz yalnız öz torpaqlarımızda, öz torpaqlarımız üçün savaşdıq. Müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmadıq, yalnız hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdıq.Heç bir dinc əhaliyə qarşı hücüm etmədik. Düşmən isə öz məğlubiyyəti ilə barışmır, münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərimizi raket qurğularından, mülkü, dinc əhalimizə raket zərbələri edirirdi.
Ziyarət zamanı İctimai Birliyin üzvlərini Gəncə İcra hakimiyyəti nümayəndəsi, Gəncə Turizm Agentliyinin nümayəndəsi, vətən müharibəsi iştirakçıları, qazilər qarşıladı. Ziyarət erməni terrorçularının raket hücumuna  məruz qalan , dağıntılar nəticəsində həlak olan vətəndaşlarımızın xatirəsini əbədiləşdirmək üçün, təməli 30 yanvar tarixində Prezident İlham Əliyev tərəfindən qoyulan memorial abidə kompleksindən başlanıldı. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənildi, şəhidlərimizin ruhu 1 dəqiqəlik sukutla yad edildi . İcra hakimiyyəti nümayəndəsi Yadigar Bədəlov və Gəncə Turizm İnformasiya mərkəzinin nümayəndəsi Fərid Nəbiyev ziyarətçilərə terror olan məkanlar, həlak olan dinc sakinlər, yaralılar haqqında iştirakşılara geniş məlumat verdi. Ziyarətdə “Əlillərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək “ İctimai birliyinin sədri Səbinə Kərimova, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi nümayəndəsi Elnur müəllim, vətən müharibəsi qaziləri və iştirakçıları da iştirak etdilər. Onlar vətən müharibəsində qələbəyə gedən 44 günlüklük müharibə zamanı baş verən hadisələrdən danışdı. Ziyarət zamanı eşitmə məhdudiyyətli gənclərə Jest dilində bütün məlumatları layihə köməkçisi Nuranə Abıyeva çatdırırdı.
Görüşün sonunda “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İB sədri Cəmilə Abdulovaya və “Əlillərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək “ İB-nin sədri Səbinə Kərimovaya,   “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi sədri Samir Məmmədov tərəfindən, şəhid və Qarabağ qazilərinə göstərdiyi diqqətə görə Fəxri Fərman təqdim olunub.

 

Redaksiya