Geriyə baxma baxsan gedə bilməyəcəksən…

 Xocalı soyqrımı ilə bağlı bir çox filimlər çəkilib. Lakin ayrıca Xocalıda şəhid olmuş 70 ahıldan bəhs edən “Geriyə baxma” adlı filim bu il Azərbaycan Respublikasının  QHT-larına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildi. Filimin çəkilişi artıq yekunlaşıb. Bu sənədli -xroniki filim Azərbaycan və ingilis dillərindədir. Filimdə 2-ci dünya müharibəsində odun -alovun içindən keçərək, faşizmə qalib gələn iştirakçıları,  Xankəndindəki 366-cı rus alayı ermənilərlə birlikdə öz torpaqlarında qətlə yetiriliblər.  2-ci dünya müharibəsinin iştirakçısı miliyyətcə ukraynalı olan Dimitri Xocalıda yaşayan qızı Tatyanin yanına gəlir və onunla yaşayır. O, gecə isə ahıl yaşlı Dimitrini evin içindəcə ermənilər yandırır. Qızı Tatyanın taleyi isə məlum olmur. Qərbi Azərbaycandan Xocalıya pənah gətirən 1900 –ci il təvəllüdlü Məhəmməd babayla 1908-ci il təvəllüdlü Bağdad nənənin də taleyi məlum olmur.  O gecə erməni nə qocaya nə  qadına nə də uşağa rəhm etmədi.  Bu filimin Almaniyanın Köln şəhərindəki Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə onlayn təqdimat mərasimi də keçiriləcək.Tariximizin qanla yazılan Xocalı soyqrımından kitablar yazılıb, filimlər ərsəyə gəlməlidir. Ermənilərin iç üzünü dünyaya açıb göstərmək,cinayətkarları Haaqa məhkəməsinə verilməsinə var gücümüzlə çalışmalıyıq. Qoy gələcək nəsillər bizi qınamasın!