Ali Kavkazyalının “Qartallar sınır tanımaz” kitabının təqdimati kecirildi

Tarixin səhifələrinə hopan erməni separatçılarının və onların havadarlarının türk dünyasına vurduqları zərbələr, etdikləri vəhşiliklər hamımıza bəllidir.Qanla dolu əllərini üstümüzə yaxıb, bizləri dünya ictimaiyyətinə bərbər kimi tanıtdırmaq terrorçu grupun, xislətidir,saxta səsləri kəsilmək bilmir. İyirminci əsrin əvvəllərindən ta ki sovetlər birliyi çökənə qədər bizlərə qarşı mənfur planlarını həyata keçirməklə məşğul olublar.Tarixin dəyişən üsul-idarəsi bizlərə çəkdirilən ağrı-acıları işıqiandirmaq,qarşısını almaq, mübarizəyə keçmək olduqca çətin idi. A, z ailə tapılar ki, müstəqilliyə çatana qədər faciələr yaşamasın. Sovetlərə qədər qətliyamlar, sonralar isə kəsilən ziyalı başları.
Babam külli miqdarda əmlakını sovetlərə təhvil verdi, buna baxmayaraq ona “kulak”adı qoyub öldürmək istədilər lakin gizlənə bilib.1937-ci ildə prokurorluqda işləyən oğlunu düşmən əli ilə güllələdilər.Bu hadisələri qələmə alanların səslərini boğdular,başqalarının yazıları gizli qaldı.Bu rejimə dözməyənlər Vətənimizdən kənarlara köçub,bəziləri qaçaq həyatı sürüb, gizli təşkilat yaradaraq mübarizəyə başlayiblar
Daşnaq terroristlərinin rejiminə qarşı fədakarcasına mübarizəyə qatılan, qaçaq həyatı sürənlərin cəsarətindən, hətta başlarından keçməyə hazır olduqlarından bəhz edən bir kitab barədə danışmaq istəyirəm.Ali Kavkazyalının “Qartallar sınır tanımaz” kitabını. Bu sənədli roman real faktlardan, araşdırmalardan, arxiv sənədlərindən, hadisələri yaşayanların danışıqlarından, səs yazılarindan qələmə alınıb.Bu sənədli roman Sovet rəhbərliyinin məqsədli şəkildə respublikamızın həlledici şöbələrinin başına daşnaq ünsürlərini yerləşdirərək öz xəyanətlərini həyata keçirirdilər.
Kitab bilmədiklərimizi bizə daha dərindən çatdiran, tarixi-ədəbi əsər olaraq çox önəmlidir.kitabı təhlil etməyi lüzum bilmədim, daha yaxşısı onu tapıb oxumaqdır. Lakin, ordan kiçik bir parçanı Sizə çatdırmaq istədim.Əsərin qəhrəmanlarından olan Çeşmizar ilə Qaçaq Nurunun deyişməsi
Çeşmizar:
Çoluq-cocuq kimsəmiz yox
Olmaq gərək düşmənə ox
Dostumuz az,
düşmən lap çox
Təvəkkəltü təalallah

Qaçaq Nuru:
Dostu düşməni seçməli
Düşmənə ölüm biçməli
Gərəksə candan keçməli
Təvəkkəltü təalallah.

Biz hər an, hər dəqiqə, hər zaman kim olduğumuzu zəkamızla,tariximizə istinadla, situasiyalara dəqiq analizlə, birliyimizlə kim olduğumuzu təstiqləməliyik.Gələcək nəsl üçün əlimizdə külli miqdarda materiallar,yaddaşlarda həkk olunan faktlar var, bu günləri bir də yaşamağa haqqımız yoxdur.bütün bu hadisələri əks etdirən filmlərə ehtiyac var.Türk dövlətinin sənətçiləri bu filmlərə çox önəm verərək tarixi yaşadır.
Kitabı bizlərə təgdim edən”Mirvarid Dilbazi poeziya məclisi”ictimai birliyin sədri çox maraqlı mövzularla tədbirlər keçirən, aktiv xanım Güllü Eldar Tomarlıdır.
İştirakçılar GHT sədrləri, işçiləri, ədəbi nümayəndələr, idi. Maraqlı faktlarla çıxışlar oldu,Ali kafkazyalının Qazax bölgəsindən olan qohumları, Onunla çalışan əməkdaşlar təəssüratlarını böldülər,canlı aşıq musiqisi səsləndi,səslənmədə bir əzəmət, çağırış var idi, Güllü xanım bir şəhid atasını və müharibə iştirakçısı polis mayorunu da dəvət etmişdi, onlara da söz verild.Tədbirin ən maraqlı hadisəsi o idi ki, müəllif bizimlə canlı ünsiyyətdə olaraq çıxışları izlədi və öz təəssüratını bizlərə çatdırdi.
Güllü xanıma təşəkkür edək ki,kitabın təqdimatı kino sənətçiləri üçün bir tarixi material olaraq həm də bir motivasiyadir.
Yazını Ali Kavkazyalının gəncliyə tövsiyyəsi ilə bitirirəm.
Gənclərin saxta tarixlərin pəncəsindən qurtulması üçün onlara atalarının həqiqi həyat hekayələrini sunmaq lazımdır.
Haşiyə:kitabın axırında mühacirlər Azərbaycanda olan qohumlara yazılan məktubların şəkli var. Onlarünvana qırx ildən sonra catıb.