Tofiq Əli-zadə, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olundu


Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri, cənab Fuad Muradov tərəfindən, Azərbaycan Diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının rəhbərləri və fəallarından olan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmuşdur.
Bununla bağlı,”Azərbaycan Diasporuna Dəstək” Fondunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə acan, ADDF -nun icraçı direktoru Əkrəm Abdullayev?Tofiq Əli-zadənin, son 27 il ərzində xaricdəki Azərbaycanlıların milli həmrəyliyi,onların təşkilatlanması və formalaşması sahəsində gördüyü əvəzsiz xidmətlərindən danışdı.
Deyildi ki, 1994-1995 ci illərdə Dünya Azərbaycanlıların təşkilatlanması və onlar milli həmrəyliyi sahəsində təşkilat quran Tofiq Əli-zadə, son 27 ildə, Azərbaycan Diasporunun fəaliyyətinə mühüm töhfələr verən təşkilat rəhbərlərindən biridir.Ona gorə də, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri,cənab Fuad Muradov,Dünya Azərbaycanlıların Bakıda keciriləçək 5 ci qurultayı ərəfəsində, Tofiq Əli-zadənin “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmişdir.Sonda ADDF icraçı direktoru Əkrəm Abdullayev “Diaspor fəaliyyətində xidmətə görə” medalını Tofiq Əli-zadəyə təqdim olundu.