Üc gün davam edən Təlim başa catdı

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində, üzvü olduğum Gənc Vətənpərvərlər İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən Bizim And Yerimiz” layihəsi həyata keçirildi. Layihənin əsas məqsədi gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunması, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında vətənpərvərlik istiqamətində təbliğat işinin gücləndirilməsi, keçmişə, bu günə, gələcəyə, dövlətçiliyə və tarixi milli-mədəni, əxlaqi dəyərlərə məsuliyyətli yanaşmanı gənclər arasında təbliğindən ibarət oldu. Görüş zamanı gənclər öz vətənpərvərlik ruhunda olan düşüncələrimdən danışıldı Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət (Muğan) Əliyev cıxış ədərək bildirdi ki, 2020 ci il, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Tərtər, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bir sözlə, ədalət zəfər çaldı. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Ay ulduzlu üç rəngli Bayrağımız! İgidlərin səni şərəflə zirvələrə qaldırdı! Sən hər zaman qürurla dalğalan! QARABAĞ bizimdir! Qələbən mübarək, Azərbaycan! Sənə zəfər yaraşır! Üc gün davam edən Təlimin sonunda aktiv fəal iştirak edən vətənpərvər gənclərə rəsmi sertifikatla təltif olundu. Sonda Milli maraqlarımız, dövlətçilik və vətənpərvərlik hislərinin aşılanması ilə bağlı qarşılıqlı müzakirələr, fikir mübadiləsi aparıldı və verilən suallar cavablandırıldı. GVB-nin mətubat və informasiya şöbəsi