Şəmkirdə yanğın olub, ev sahibəsi yanaraq ölüb

Şəmkir rayonunda yanğın hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 100 kvadratmetr olan, bir mərtəbəli ev içərisindəki əşyalarla birgə tamam yanıb.

Başvermiş yanğın hadisəsi zamanı 1967-ci il təvəllüdlü Cəmilə İsmayıl qızı Məmmədova vəfat edib.

O, həmin evdə tək yaşayırmış.

Faktla bağlı araşdırmalara başlanılıb.

Source link