“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi, Milli Kino Mərkəzi və Yasamal rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Səfiyar Behbudova həsr edilmiş “SƏHİDİ YAD EDƏK, RUHUNU ŞAD EDƏK” mövzusunda tədbir keçirilmişdir. Yüksək səviyyədə keçirilən tədbirdə Milli Qəhrəmanımızın həyat və döyüş yolundan, mərhumun ürəyindəki sonsuz vətən sevgisindən söz açılmış, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılmışdır. Anım tədbirində Mədəniyyət Nazirliyinin xətti ilə Musazadə Kəmalə Mehralı tərəfindən “Salnamə” Studiyasında Milli Qəhrəmanımızla bağlı çəkilmiş “QƏHRƏMANLIQ ZİRVƏSİ” sənədli filmi nümayiş etdirilmiş, bu sənədli filmin ərsəyə gəlməsində rolu olanlara minnətdarlıq edilmişdir. Yığıncaqda ictimaiyyət və media nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və qonaqlarla yanaşı, Yasamal rayonu İcra hakimiyyətinin başçısı, vətənpərvər insan Elşad Həsənov da əvvəldən sonadək iştirak etmiş, Milli Qəhrəmanımızın ailəsi və iştirakçılarla öz fikirlərini bölüşmüşdür. Rəhbərlik etdiyi dövlət qurumunun əməkdaşları ilə birgə sonadək tədbirdə iştirak etdiyinə və səmimi münasibətinə görə Elşad müəllimə öz dərin təşəkkürümüzü bildirir, fəaliyyətində uğurlar arzulayırıq. Bütün tədbir iştirakçılarına, o cümlədən təşkilatçılara, şəhidin ailə üzvlərinə, döyüş dostlarına, digər şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, ziyalılara, QHT rəhbərlərinə və Media nümayəndələrinə öz dərin minnətdarlığımızı bildirir, Hamısıah hər birinizdən razı olsun deyirik.
Hamısıah şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun!
Rasafil Bayramov
ATXQ İB-nin mətbuat xidmətinin rəhbəri,
ATXQ.AZ və ATATV.AZ xəbər portalının baş redaktoru.