TƏBİB: Partlayışda xəsarət alanlardan daha 4 nəfər ambulator müalicə üçün evə buraxılıb – YENİLƏNİB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

15:19

Bakıda gecə klubundakı partlayış zamanı yaralanaraq ilkin tibbi xidmətdən sonra evə buraxılanlardan əlavə, stasionarda müalicə alan daha bir nəfər xəstə də ambulator müalicəyə ayrılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.

Bununla da, gün ərzində stasionar müalicəyə qəbul olunub ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı 3-ə çatıb.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

10:10

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan iki nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, ilkin tibbi müdaxilədən sonra onların vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

Source link