Türkiyəli məşhur bəstəkar, müğənni, aktyor, rejissor Mahsun Kırmızıgülün həyat yoldaşı Ece Binay ondan boşanır.
53 yaşlı Kırmızıgülün 37 yaşlı həyat yoldaşına xəyanət etməsi ilə bağlı xəbərlər müzakirələrə səbəb olmuşdu.
Cütlük məsələ ilə bağlı açıqlama verməsə də, daha qəti addımlarla diqqət çəkib.
Belə ki, Binay Kırmızıgül soyadını sosial media profilindən silib. Qızının təhsili üçün ABŞ-da olan Binay boşanma ilə bağlı məhkəməyə müraciət etmək məqsədilə Türkiyəyə qayıdıb.
“Evliliklər çox diqqətlə yaşanmalıdır. Belə hadisələrin səbəbini axtarmaq lazım deyil. Bu xəbərlərin çıxması özü də boşanma səbəbidir. Bu səbəbdən boşanıram”, – Binay yaxın ətrafına deyib.
Qızları olduğu üçün həssas bir mərhələdən keçən və yaşananlardan şoka düşən Binayın tez bir zamanda boşanmaq istədiyi bildirilir.
Qeyd edək ki, keçən həftələrdə Mahsun Kırmızıgülün bir qadınla güzgü qarşısında çəkilən fotosu gündəm olmuşdu.
Mahsun Kırmızıgül və vəkil Ece Binay 2016-cı ildə ABŞ-da, Los-Ancelesdə nikah kəsdiriblər. Məşhur cütlüyün 2017-ci ildə Lavin adlı qızları dünyaya gəlib.
Mənbə: Snob Magazin