“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə 25 mart 2022 ci ildə Maksim Sarıqayanın (Şamil Cabbarov) anım günü keçirildi.
Tədbiri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli açaraq bildirdi ki, Maksim Sarıqaya dəyərli ziyalı, dəyərli müəllim, dəyərli şair, dəyərli şəxsiyyət idi. Maksim Sarıqaya eyni zamanda Dədə Ələsgər sevdalısı idi. Dədə Ələsgər şeirlərinin təhlilində yaxından iştirak edirdi. Maksim Sarıqayanın 70 illik yubileyində aşıq poeziyasının inkişafında xüsusi xidmətlərinə görə “Aşıq Ələsgər 200” yubiley medalı və “Fəxri Diplom” ilə təltif edilmişdir.
Anım mərasimində çıxış edən Güllü Eldar Tomarlı, Rəşid Süleymanov, Aqil Kərimov, Ələsgər Mehdiyev, Vasif İsmayılov, Əhməd Qəşəmoğlu, Pərvanə Zəngəzurlu, Südabə İrəvanlı, aşıq Bəhmən Göyçəli, aşıq Təbriz Vəliyev, Hacı Loğman Qorqud, Hüseyn Həsənov, Yadigar Təvəkkül, Maksim müəllimin yaxın dostu Məhəbbət müəllimin qardaşı Rövşən müəllim, Nail müəllim, Namiq müəllim, Vüsal Əmirov, QHT -rəhbərləri Taleh Əliyev, Qəmzə Yusubova, Aynur Zülfüqarova, Dünyaxanım Əliyeva, oğlu Ceyhun Cabbarov və qohumları Maksim Sarıqaya haqqında öz xoş xatirələrini bölüşdülər. Sonra Məclisdə Seyid Ağamir Quran oxudu, ruhuna dualar səsləndirdi və ehsanat verildi. RUHU ŞAD OLSUN!