“Novruz Bayramı” və “Həyatın Təbii qanunları” kitablarının təqdimatı kecirildi

25 mart 2022 ci il AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin təşkilatçılığı ilə Qazi-Ruhani, Tədqiqatçı-Publisist Hacı Həsən Hüseynin “Novruz Bayramı” və 1 Qarabağ Müharibəsi Veteranı Əli Əliyevin “Həyatın Təbii qanunları” kitablarının təqdimatı.
Yurda, vətənə yaz gəldi. Novruz bayramı şənlikləri davam edir.
Əslində Novruzu qeyd edən xalqlar bu günü yeni təqvim ilinin başlanğıcı kimi bayram edirlər. Hər ilin sonunda isə insanlar il ərzində gördükləri işləri tamamlayar, yeni ilə yeni arzularla və planlarla addımlayar.
Təşkilatımız keçən ilin uğurlu işləri ilə sizidə tanış etmək məqsədilə Mart ayının 25-də Səbail filialının Akt zalında tədbir keçirməyi nəzərdə tutmuşdur. Bizim müharibə iştirakçısı olan bir sıra hərbiçi ziyalıların arxa cəbhədə və dinc dövrdə də döyüşməkdə necə davam etməsinin şahidi olacayıq.
Tədbirdə son dövrlərin maraqlı iki əsərinin təqdimatı və fərqlənən əməkdaşların zəhmətinin dəyərləndiriləsi nəzərdə tutulmuşdur. Hər iki kitabın müəllifi müharibə iştirakçısı və qazidir.
1.Hacı Həsən Hüseyni «Novruz bayramı»
2.Əli Əliyev «Həyatın təbii qanunları»
Hər iki kitab dünya oxucusu üçün nəzərdə tutulmuşdur. Belə ki, Novruzu bir çox dünya xalqları qeyd edir və kitabın içində həmin xalqların bayram adət-ənənlərindən nümunələr toplanmışdır. Müəllif Hacı Həsən Hüseyni isə Birinci Qarabağ müharibəsi Qazisi, bir çox kitabların müəllfidir.
Əli Əliyev də Birinci Qarabağ Müharibəsi iştirakçısıdır və adından göründüyü kimi kitab «Həyatın Təbii Qanunları» «bütün dünya xalqları üçün»dür.Hər iki müəllifi Həm bayram, həm də kitablarının işıq üzü görməsi münasibətilə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları diləyirik.
Tədbirdə Müəlliflər, yazıçılar, qazilər və elm kitablar haqqında öz təsuratlarını bölüşdülər.
Sonda Müəlliflər AVMVİB Zəngilan rayon şöbəsi tərəfindən Fəxri Fərmanla təltif olundular.
Çıxış edənlər:
Tədbiri AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev açaraq tədbir barəsində dəvətlilərə ətraflı məlumat verdi. Sonra tədbir iştirakçılarından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olan Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından xahiş etdi. Şəhidlərimizin ruhu anıldıqdan sonra tədbiri aparmaq üçün söz Sona Xəyala verildi.
1.İdarə edən. AMEA M.Füzuli adına Əlyazmalar institunun böyük elmi işçisi, AYB İrs Komissiyasının sədri Sona Xəyal
2.Kitabın redktoru: Rauf İlyasoğlu
3.Hüquqşunas: Dilbər Ağayeva
4. Yazıçı: Azər Hacıbəyli
5. Paşa Kərimov
6. Xeyriyyəçi: Hacı MirTərlan Ağa
7. Yazıçı: Mahir Cavadlı
8. Müəllif: Hacı Həsən
9. Müəllif: Əli Əliyev
10. 1 ci Qarabağ müharibəsi veteranı, Şəhid qardaşı Elman Süleymanov,
11. AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini Zakif Abbasov
12. Dünyaxanım Əliyeva
13. Mehriban Adullyeva
14. Zəfər TV nin təsisçisi Məhərrəm Əliyev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri: Azad Musayev