Rəqqasə Fatimə: “Cavanşir Məmmədov kimi 18 maşınım yoxdur”

Rəqqasə Fatimə Fətəliyeva avtomobilinin qiyməti barədə danışıb. 

Axşam.az xəbər verir ki, verilişlərin birində sənətçiyə avtomobilinin qiyməti ilə bağlı ünvanlanan sualı cavablandırıb.

“Kasıbın olanından. Cavanşir müəllim (Əməkdar artist Cavanşir Məmmədov – red.) kimi 18 maşınım yoxdur. Bir maşınımı yandırdım, bütün gözlər onla getdi. Maşını pis sürürəm, baxmıram. Günü-gündən qiyməti düşür. 56 min dollara almışdım. İndi 22 min dollara onu alsalar, şükür edərəm”, – deyə Fatimə söyləyib.

Verilişdə yer alan Əməkdar artist Cavanşir Məmmədov ona “Mən də maşında xeyli ziyan etmişəm. Maşının pisi yoxdur, ona baxmaq lazımdır. Evi gündə təmizləməyəndə necə toz olur, o da elə. Kişini yaxşı saxlayar yaxşı arvad, at və bir balaca pul. Çox olanda cızığından çıxır: ikinci, üçüncü maşın alır”, – cavabını verib.

Source link