Ta qədimdən bu bayramda insanlar bir-biri ilə bayramlaşırlar. Ənənəyə sadiq qalaraq bu il də Vətən torpaqları uğrunda canlarından keçən şəhid ailələri ziyarət edilib, qazilərə baş çəkildi.
Yarandığı gündən bəri filimlər ərsəyə gətirib, verlişlər hazırlayan Missiya Media Qrupu həm də sosial layihələr həyata keçirir. Bu rayonun Şəhid ailələrinin və Qazilərin problemlərinin həll edilməsinə çalışırlar. Hər bayramda bu təbəqədən olan ailələrə bayram sovqatı göndərirlər
Ənənəyə sadiq qalaraq Missiya Mediya Qrupunun rəhbəri Ramin Ahmedovun tövsüyyəsi ilə Nizami rayonundakı 1-ci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvüləri ilə görüş keçirildi. Bu rayonda qeydiyyatda olan Birliyimizin üzvü şəhid ailələri ilə Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar görüşərək onların bayramını təbrik edib, bayram sovqatı
payladı. Gələcəkdə də bu ailələrə Missiya Mediya Qrupunun dəstək olacağını vurğuladı. Erməni Təcavüzünün Tanıdılması İB-nin sədri olaraq şəhid ailələrim və öz adımda təşkilatçılara təşəkkür edirəm Həmişə olduğu kimi şəhid ailələri bu rayonda heç vaxt yaddan çıxmır, heç vaxt unudulmur.