“Ziyalı Ocağı” İctimai Birliyi “Şanlı Vətən, İgid əsgər, Böyük Komandan” adlı tədbir keçirdi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi mart ayının 18-də Sumqayıt şəhər Mətləb Quliyev adına 3 saylı orta məktəbdə özünün növbəti “Şanlı Vətən, İgid əsgər, Böyük Komandan” adlı tədbirini reallaşdırdı. Tədbirdə 3 saylı orta məktəbin yuxarı sinif şagirdləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mətləb Quliyev adına 3 saylı orta məktəbin direktoru Ülkər Çəndirli bildirdi ki, “bu qəbildən olan tədbirlərin məktəbimizdə keçirilməsi tərəfimizdən məmnuniyyətlə qarşılanır. Tariximizi, milli-mənəvi dəyərlərimizi aşılayan kütləvi tədbirlər gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanmasında, onların formalaşmasında xüsusi rol oynayır”.
Çıxış üçün söz alan layihə rəhbəri İlahə Əliyeva tədbir iştirakçılarına layihənin məram və məqsədlərindən bəhs etdi və qeyd etdi ki, “bizə bu günləri yaşadan, xalqımıza, dövlətimizə qələbə sevincini bəxş edən Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq, onların daimayaşar xatirələrini bir dəqiqəlik sükutla yad etməyinizi rica edirəm”.
İlahə Əliyeva qeyd etdi ki, “həyata keçirdiyimiz bu növbəti tədbirdə xalqımızın qazandığı tarixi zəfərdən bəhs edildi, hər bir azərbaycanlının ürəyində illərlə gəzdirdiyi nisgildən danışıldı. Bu nisgilə son qoyan Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl və prinsipial görüşləri və eyni zamanda, taktiki siyasi gedişləri haqqında fikirlər tədbir iştirakçıları ilə bölüşdürüldü. Xalqımızın birliyi, yekdilliyi əsas müzakirə obyekti oldu.
Mənfur erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri məzalimlər bir daha xatırlandı, habelə, Böyük Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı yağı düşməndən xilas edən igid əsgərlərimizin misilsiz şücaətləri qiymətləndirildi. 44 günlük Vətən müharibəsini özündə əks etdirən video çarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən ADNA-nın dosenti, iqtisad elmləri namizədi Ağasəf İmran qəsbkar erməni işğalçılarının ölkəmizin iqtisadiyyatına vurduğu maddi itkilərlə bağlı çıxış etdi. Dosent Ağasəf İmran bildirdi ki,“özünün daxili və xarici siyasətini terrorçuluq əməlləri üzərində quran işğalçı Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırım aktlarının, habelə, işğal olunan ərazilərimizdə keçirdikləri soyğunçuluq, manqurtluq əməllərinin ifadəsini təsəvvür etmək olduqca dəhşətlidir- Hər cür insani xislətdən əl çəkən bu üzdəniraqlar xalqımıza və dövlətimizə qarşı milli-mənəvi cinayətə əl atdılar. Onlar bu qatı cinayət əməllərinə görə beynəlxalq təşkilatlar qarşısında cavab verməlidirlər”.
Tədbirdə iştirak edən “Ziyalı Ocağı” İctimai Birliyi”nin idarə heyətinin sədri, Qarabağ qazisi İslam Mahmudov öz çıxışını 30 il ərzində erməni tapdağında inildəyən doğma torpaqlarımızda aparılan vandallıq faktları üzərində qurdu. O qətiyyətlə bildirdi ki, daima özünü dünyaya mədəni, sivil millət kimi qələmə verməyə çalışan ermənilərin belə bir iddiaya haqları yoxdur. Erməni qaniçənlərinin, quldurlarının, acgözlərinin Azərbaycan torpaqları üzərində apardıqları maddi və mənəvi dağıntılar, həyata keçirdikləri qətliamlar bizə bu fikrimizi əsaslandırmağa haqq verir”.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirildi.
Xalçaçi Rəssam Mahmudov və başqa 1 nəfər
Bəyən

Rəy
Paylaş