Gəncə şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.
“Report” xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü R.Qurbanov yaşadığı evdə özünü asaraq intihara cəhd edib.
Yaxınlarının zamanında müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. O ağır halda xəstəxanaya aparılıb.
Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Yaxınları onun psixoloji problemlərinin olduğunu bildirib. Faktla bağlı araşdırmalara başlanılıb.