Bakıda hamilə qadın qəza zamanı xəsarət alıb – FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbr verir ki, hadisə Füzuli küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən Əjdər Ağayev kəsişmədə “Hyundai” markalı maşına çırpılıb.

“Hyundai”ın sürücüsü olan hamilə qadın qəza zamanı yüngül bədən xəsarətləri alıb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Source link