Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə Azərbaycan Dövlət Pedoqoji Universtetində “Narkomaniya problemi ümumbəşəri problemdir” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib . Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə acan Azərbaycan Dövlət Pedoqoji Universtetin Tarix və Coğrafiya fakutəsinin dekan müavini Habil Həsənov tədbir iştirakçılarını salamladı və bu yönlü layihələrə dəstək verən QHT Dövlət Agentliyinə və Gənc Vətənpərvərlər İctimai Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Sonra Habil Həsənov onu da qeyd etdi ki, narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə ümumtəhsil ,orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulur.
Layihə rəhbəri Müqamət Süleyman oğlu Əliyev qeyd edərək bildirib ki, milli-mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemə dövlət səviyyəsində mübarizə aparılır. Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün maarifləndirmə tədbirlərin keçirilməsinə ehtiyac var . Daha sonra M.Əliyev bildirdi ki, hal hazırda statistik məlumata görə 33788 nəfər qeydiyyatda olan narkoman var, daşıyıcılar isə ondan on dəfə çoxdur.
Bu isə bizim gələcek nəsil üçün təhlükədir. “Gəlin narkomaniyaya yox deyək,gələcəyimizi qoruyaq”
ADPU-n müəlliməsi Mədinə Mehtiyeva qeyd edərək bildirdi ki, İnsanlar necə narkotiklərdən asılı olurlar? mövzusuna toxundu və qeyd etdi ki, sağlam insanların dairəsinə daxil olarkən, narkotik maddələri yayan şəxslər onları tez yaymağa çalışır ki, sağlam insan heç olmasa bir dəfe narkotik maddə qəbul etsin. Onların məqsədi sizi narkotik maddədən asılı vəziyyətə salmaqdır. Hətta narkotik maddənin kiçicik bir dozası belə sizin üçün təhlükəli ola bilər.
Şair, publisist, sosioloq, Əhmət Qəşəmoğlu bildirib ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsində 210 milyon narkoman qeydə alınıb. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər.
Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.
ADPU-n 3 kurs tələbəsi Anar Qarayev qeyd edərək bildirib ki, milli-mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemə dövlət səviyyəsində mübarizə aparılır.
Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün maarifləndirmə tədbirlərin keçirilməsinə ehtiyac var .
Tədbirin sonunda Narkomaniya və QİÇS-ə bağlı vidio carh nümayiş etdirildi.
Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə Azərbaycan Dövlət Pedoqoji Universtetinə Fəxri Diplom təltif edildi.
Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək və sertifikatlar paylanılıb.
Tədbirdə,Azərbaycan Dövlət Pedaqoji Universitetin bir qrup tələbələri, Universitetin müvafiq struktur rəhbərləri , GVİB-n İdarə Heyəti, və QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
GVİB KİV İş şöbəsi