Bakıda mebel mağazasında qarət: İşçinin çantasından külli miqdarda pul oğurlandı


Bakıda mebel mağazasında oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə martın 7-də rayon ərazisindəki mebel mağazalarının birində orada işləyən Ş.Bayramlının çantasından 200 manat pul, 2 600 ABŞ dolları və şəxsiyyət vəsiqəsinin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əlixanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link