Avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan olmayıb – YENİLƏNİB + RƏSMİ


Xəbər verdiyimiz kimi 7 mart 2022-ci il tarixində saat 20:30 radələrində Suraxanı rayonu “Yeni Bahar” yaşayış masivində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyi baş verən hadisə ilə bağlı məlumat yayıb.

Yayılan məlumatda bildirilir ki, hadisə zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb və yayılan məlumat həqiqəti əks etdirmir:

“Azlənd-Plaza” MMC-nin müvəqqəti istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb.

Hadisə zamanı 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

10:23

Bakıda avtobus qəzası baş verib.

“Qaynarinfo” xəbər verir ki, hadisə Qaraçuxur – Hövsan yolunda qeydə alınıb.

Məlumata görə, ötən gecə “Azland Plaza” MMC-nin istismarında olan 161 saylı xətt üzrə hərəkət edən 99-MK-631 dövlət qeydiyyat nişanlı avtobus Qaraçuxur – Hövsan yolunda aşıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

Source link