Rusiyanın Sankt-Peterburq şəhərinin ziyalı Azərbaycanlı xanımı Xeyransa Mirzoyeva.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə,Xocalı Faciəsinin 30-cu ildönümü ilə bağlı “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyi olaraq,Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xocalı Faciəsinin 30 cu il dönümü ilə baglı, tədbir təşəkil niyyətində idik. Bu məsələrlə baglı mən daima Sankt- Peterburqdakı Azərbaycan təşkilatları ilə əlaqələr saxlayırdım.Belə təşkilatlardan biri də Sankt-Peterburq şəhərindəki “Çinar”Azərbaycan Mədəni Maarif Mərkəzi idi. Bu mərkəzin əvəzsis rəhbəri Xeyransa Mirzoyeva və sadr müavivi isə,Ülviyyə Abbasova idi. Mən hələ 1 ay öncə, mərkəzin sədri Xeyransa xanımla və onun əvzssiz müavini olan, Ülviyyə xanıma rabitə əlaqələri saxlayır,Xocalı-Genosidi ilə bağlı keciriləçək tədbirin təşkili məsələləri ilə, maraqlanırdım.Xeyransa xanım da, mənim narahatlığımı anlayır və hər seyin yaxşı olacağını bildirirdi. Mən Xeyransa xanımla 3 il öncə Sankt- Peterburq şəhərində təşkil etdiyimiz “Azərbaycançılıq ideyalarının təbliği” adlı təbir zamanı tanış olmuşdum.O zaman mən bu xanımın artıq,vətənpərvər olduğunu onun odlu alovlu cıxışlarından hiss etmişdim.Bu dəfə isə, ürək əməliyyat keçirməsinə baxmayaraq, 26 fevral 2022 il tarixində Sankt-Peterburq şəhərində təşkil olunan Xocalı-Genosidinin 30 il dönümünu ilə bağlı təçkil oluna tədbirdə Xeyransa Mirzoyeva fəal iştirak etdi. Xeyransa Mirzoyeva Ömrünün 24 ilini Rusiyanın Sankt Peterburg şəhərində “Çınar” adlı Azərbaycan mahnı və rəqs ansamblı “Çınar” fəaliyyət göstərməsinə həsr etmişdir.Cinar rəqs kollektivi1998-ci ilin mart ayında Mirzəyeva Xeyransa Abas Mırzə qızı tərəfindən yaradılmışdı. O zaman Mirzəyeva X.A. Sankt Peterburq şəhərində ilk dəfə açılmış Azərbaycan Respublikasının Konsulluğu nəzdində mədəniyyət işləri üzrə konsul müavini vəzifəsində çalışırdı.Hal hazırda, “Çinar”ansamblının qurucusu və bədii rəhbəri, Sankt-Peterburq şəhərində iyun ayının 2021 ilində rəsmi qeydiyyatdan keçmiş “Çinar” Azərbaycan milli-mədəni cəmiyyətin” təsisçisi və sədri Xeyransa Abas Mırzə qızı Mirzəyeva bu nümunəvi qrupun yaradıcılıq yolu haqqında belə deyir; Qeyd etmək istərdim ki, artiq neçə illərdir ki, Azərbaycan Respublikası hüdüdlarında yardılmış və uğurla fəaliyyət göstərən ilk uşaq və gənclər ansamblı həm Sankt-Peterburqda, Rusiyada, və həm də xaricdə öz istedadlı çıxışlarıyla tamaşaçıları sevindirir.”Çınar” ansamblı gözəl şəhərimiz Sankt Peterbuqun sakinlərini Azərbaycan xalqının zəngin rəqs mədəniyyəti ilə tanış etmək üçün yaradılmışdır. Axı, hər bir xalqın ruhu onun rəqslərində əks olunur. Ansamblın adı təsadüfən seçilməyib. İlk növbədə bu ada görə biz sevimli Əminə xanım Dilbaziyə borluyuq, və ansambılımızın bu adıyla istedadlı rəqqasəmizin əziz xatirəsini qoruyub saxlamaq məqsədini daşıyır. Çinar – uzun ömürlü bir ağacdır, yerin dərin köklərinə qetməsi, Azərbaycanın qədim tarixini simvollaşdırır və buludlara çatan ağacın tacı isə, öz köklərindən qopmayaraq , eyni zamanda ucalmaq və inkişaf etmək istəyini ifadə edir. Vətənpərvərlik, fədakarlıq, yaradıcılıqda məsüliyyət, öz mənliklərini rəqs vasitəsilə ifadə edərək həyata keçirmək kimi xüsusiyyətləri, ansamblın gənc üzvlərinə aşılamaq istəyirik, çünki köklərini bilməyən bir şəxs, özünü müvafiq olaraq, bir şəxsiyyət kimi qiymətləndirə bilməz və hörmət qazanmaz .Qeyd edək ki, “Çınar” öz formalaşmasında çətin bir yol keçmişdir. 24 il əvvəl Novruz bayramı günlərində üç qızın – Fəridə Xalilova, Elya Əzizova və Gamay Abbasovanın “Səməni” rəqsini səhnəyə qoyduq. Bir az sonra onlara Elmira, Ramilə Əliyeva baciları və Gülüşova Sevil də qoşuldu. Qısa bir müddətdə, ansambl solistlərinin sayı 18-ə çatdı, bunların hamısının yaşı 6-dan 8-yə qədər idi.Ansambılın repertuarına Uzundərə rəqsi.Sarı gəlin- kompozisiya.Qarabag rəqs.Şən rəqs.Qaval rəqsi.Bayram rəqsi,.Azərbaycan ritmləri (yeni quruluş) ,Nəlbəki,Məhsul rəqs,iBahar rəqsi,Odlar yurdu”Qarabağın maralı”, “Bahar” rəqsləri daxil edildi.İki il sonra, solistlər böyüdükcə və artiq bir rəqs qrupu kimi tanındıldıqca ansambıla peşəkar xoreoqrafın cəlb olunmaq ehtiyacı duyuldu.“Çınar” ansamblının

ilk peşəkar xoreoqrafı Bakı Dövlət Xoreoqrafiya Akademiyasının məzunu, indi Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xoreoqrafiya şöbəsinin müdiri Tair Eynullayev oldu. Məhz onun quruluşunda bizim solistlər “Yallı” və “Naz eləmə” kimi rəqsləri ifa edərək müxtəlif konsertlərdə iştirak etdilər.Bizim üçün xüsusi əhəmiyyətli olan anlardan biri də Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyev cənablarının iştirakıyla keçirilən Nizami Gəncəvinin abidəsinin Sankt-Peterburqda açılış mərasimində gənc solistlərimizin çıxışıydı.2015-ci ildən Bakı Xoreoqrafiya Məktəbinin və Sankt-Peterburq Həmkarlar İttifaqları Xoreoqrafiya İnstitutunun xoreoqrafiya şöbəsinin məzunu Namiq İsmayılov “Çınar” ansamblı ilə işləməyə başladı. Yüksək peşəkarlığ göstərərək, N.İsmaylov təcrübəli bir xoreoqraf, sadiq bir dost kimi ansamblın gənc üzvlərinin hörmətini qazandı. Hal hazirda Sankt Peterburq şəhərindən əlavə, Sestroretsk, Vsevolozhsk, Krasnoe Selo, Lomonosov, Peterhof və sairələrdə, elə bir konsert zalı yoxdur ki, bizim solistlər orda çıxış etməmiş olsunlar.Son çıxışlarımızdan biri Tula şəhərində keçirilən konkursda çıxışımız, ve daha sonra Moskvada keçirilən beynəlxalq mədəniyyət festivalıoldu. Ən uzaq turnemiz Əlcəzayir Respublikasının Mədəniyyət Nazirliyinin himayəsi altında keçirilən ən böyük beynəlxalq festival səfərimiz oldu. Bu böyük hadisəyə dünyanın 45 ölkəsindən folklor qruplarının nümayəndələri də qatılmışdı. Onların arasında “Chinar” ansamblının tərkib baxımından ən gənc idi. Əlcəzairdə bizim çıxışımız böyük maraqla qarşılandı, xüsusən də yerli tamaşaçıların diqqətinii (bütün festival konsertləri ölkədə canlı olaraq göstərildi) “Leyli və Məcnun” kompozisiyası çəkdi. Onlar bizim bu əfsanəni hardan bildiyimizi soruşurdular. Mən bu quruluşun müəllifi olaraq, gündə bir neçə müsahibə vermək məcburiyyətində idim,və buna baxmayaraq , hər kəsə bu əfsanənin dahi Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən yazılmış poema olduğunu anlatdım. Festivalda “Çınar” ansamblının bütün çıxışları yerli və xarici mətbuatda geniş yayılmışdır. Xeyransa xanım deyir ki, Mənim fikrimcə, yaradıcılığımızın zirvələrindən ən mühümlərindən biri ansamblın iştirakçıları tərəfindən böyük bəstəkar Üzeyir Hacıbəyovun 100 il əvvəl Sankt-Peterburq Konservatoriyasında bəstələdiyi “Arşın mal Alan” əsərinin səhnələşdirilməsidir. Biz, bu gözəl Neva torpağında yaşayan azərbaycanlılar, özümüzü Azərbaycan və Rusiya mədəniyyətinin əvəzsiz mirasının vərəsələri və varisləri hesab edirik, buna görə də 2013-cü ildə Çınar ansamblının 15 illiyinə həsr olunmuş təntənəli yubiley konsertində “Arşın mal alan” əsərini nümayiş etdirdik. Çox saylı sorğular görə, tamaşaçılar gördüklərindən məmnun qaldılar. Öz növbəsində, biz Rusiya-Azərbaycan dostluğu adına yaradıcılığımızı davam etdiririk. Fürsətdən istifadə edərək, mənim ən yaxın köməkçilərim Sevil xanım Həşimovaya və Ulviyyə xanım Abbasovaya, dərin minnətdarlığımı ifadə etmək istərdim. Həmçinin, ansamblmizın solistlərinin valideynlərinə onların Azərbaycanımızın mədəniyyətinə sədaqətlərinə görə təşəkkür edirəm, çünki bu valideynlər, demək olar ki, hər yerdə öz uşaqlarını müşayiət edir, və bütün çətinliklərə baxmayaraq, uzun və yorucu səyahətlərini onlarla bölüşürlər.Azərbaycan mədəniyyətinin tarixi Vətənimiz –Azərbaycandan kənarda saxlanmasına və inkişafına dəstək olan bütün təşkilatlara çox təşəkkür edirik!

Sonda onu da qeyd etmək istərdik ki, tədbir zamanı Xeyransa Mirzoyeva,Rusiyanın Sankt-Peterburq şəhərində ,26 fevral 2022 il tarixində Xocalı-Genosidinin 30 cu il dönümü ilə bağlı keçirilən “Xocalı-Genosidinə Ədalətli Baxış” adlı tədbirin fəal təşkili və uzun illər Dünya Azərbaycanlılarının Həmrəyliyi sahəsində göstərdikləri xidmətlərə görə,“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin Fəxri Fərman ilə təltif olundu.

Tofiq Əli-zadə.