MİNALAR ƏLEYHİNƏ AZƏRBAYCAN KAMPANİYASI İCTİMAİ BİRLİYİNİN MƏLUMATI

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətni davam etdirir.

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə bir  mülki şəxs kasetli silah qalığının partlamasından həlak olmuş və  iki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanmışdır. 2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Tət-tər rayonlarının ərazisində baş vermişdir.

Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Hafiz Səfixanov

Minalar Əleyhinə Azərbaycan Kampaniyası

İctimai Birliyinin Sədri

tel: 050 347 6590