Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsiı “adlı layihə çərcivəsində Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatcılığı ilə “Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir”mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik skutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə acan Azərbaycan Turizm və Menecment Universitetin Karyera və kommunikasiya şöbəsinin müdiri Məmmədova Səidə bildirdi ki, sağlam həyat,sağlam ailə və narkomaniyanın və pis vərfişlərin təbliğində gənclərin rolu böyükdür. Layihə rəhbəri,Azərbaycan fəxri bədən tərbiyəsi və idman işcisi Muğan Əliyev tədbir iştirakçılarını salamladı və layihə cərcivəsində keçirilən tədbirlərdən onun mahiyyətindən danışdı . O qeyd etdi ki, Narkotik maddə təkçə onu qəbul edən insanı məhv etmir,həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir. M.Əliyev onuda qeyd etdi ki,narkotiklər orqanizmə toksiki təsir göstərən və faciyəli nəticələrə gətirən üzvi(təbii) və qeyri-üzvi (sintetik) maddədir . Belə tədbirlərin zəruriliyini və əhəmiyyətini tədbir iştirakcılarının diqqətinə çatdıran layihə rəhbəri bu yöndə daim marifləndirmə işlərini apardıqlarını və insanları bu bəlaya dücar olmamaq üçün əllərindən gələni etdiklərini qeyd edib. Gəlin narkotiklərə yox deyək! Gələcəyimizi qoruyaq. Tədbirdə ,Sağlam qidalanma mütəxəssisi,Beynəlxalq ekspert ,təlimçi Məhsəti Hüseyinova mövzyu ilə bağlı geniş ətraflı danışaraq qeyd et ki, narkotik maddələri yayan şəxslər onları tez yaymağa çalışır ki, sağlam insan heç olmasa bir dəfə narkotik maddə qəbul etsin. Onların məqsədi sizi narkotik maddədən asılı vəziyyətə salmaqdır. Hətta narkotik maddənin kiçicik bir dozası belə sizin üçün təhlükəli ola bilər. Daha sonra tələbələrin sualları cavablandırılıb. Tədbirdə ,Narkomaniya,QİÇS və İİV təbliğ olunması haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə, qonaqlara maarifləndirici buklet və təsvirli köynək və Sertifikatlar paylanılıb . Sonda ,əsrin bəlası Narkomaniya,QİÇS və İİV əks etdirən video çarx nümayiş olunub. Layihə iştirakçıları əsasən 19-20- yaş arası olan gənclərdən ibarət olub. Tədbirdə, Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakutəsinin tələbələri Universitetin pedoqoji kollektivi rayon ictimaiyyət nümayəndələri,GVİB-n İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və könüllülər iştirak ediblər . Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Agentliyin dəstəyi ilə həyata keçirilir.
GVB-n Mətubat və İnformasiya şöbəsi