Goranboyda bıçaqlanma baş verib.
APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Dəlməmmədli şəhərinin yaxınlığında qeydə alınıb.
1981-ci il təvəllüdlü Ramin Mansurov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, R.Mansurov özünə məxsus avtomobil ilə Bakıdan Gəncəyə gələrkən Dəlməmmədlidə maşınındakı texniki problem səbəbində yol kənarında dayanıb.
Bu zaman bir neçə nəfər şəxs Ramin Mansurovu bıçaqlayıb üzərindəki 1000 manat pulu götürüb ərazidən uzaqlaşıb.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.