“Spartak” Avropa Liqasının “Leypsiq”lə cavab oyununu Bakıda keçirməyi planlaşdırır


Bakı futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Rusiyanın “Spartak” və Almaniyanın “Leypsiq” klubları arasında keçiriləcək cavab oyunu üçün prioritet məkandır.

Bu barədə jurnalistlərə “qırmızı-ağların” mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov məlumat verib.

“Leypsiq”lə matçın keçirilməsi üçün prioritet variant Bakıdır”, – deyə Zelenov bildirib.

“Biz Avropa Futbol Assosiasiyaları İttifaqındakı həmkarlarımızla bu variant üzərində işləyirik. Konkret qərarı həftənin əvvəlinə gözləyirik”, – klub rəsmisi bəyan edib.

Mənbə: TASS

Source link